Məişət zorakılığına qarşı əlaqələndirmə qrupunun iclası keçirilib – FOTO

544

Sumqayıt Şəhər İcra Hakimiyyətində məişət zorakılığına qarşı əlaqələndirmə qrupunun iclası keçirilib.
İclasda şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət monitorinq qrupunun üzvləri iştirak edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini, icra hakimiyyəti yanında məişət zorakılığına qarşı əlaqələndirmə qrupunun sədri Ülviyyə Müzəfərrova çıxış edərək il ərzində həyata keçirilən tədbirlərdən söz açıb.
Qeyd edib ki, bu kimi tədbirlərin həyata keçirilməsinin məqsədi zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.
İcra hakimiyyəti yanında məişət zorakılığına qarşı əlaqələndirmə qrupunun üzvü, Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı təmsil etdiyi qurumun geniş maarifləndirmə işləri aparmasından danışıb. O, tibb müəssisələri tərəfindən insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən işlərdən geniş bəhs edib.
Digər çıxış edənlər də məişət zorakılığına qarşı mübarizənin vacibliyini vurğulayıblar.
İclas qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər