“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birgə Sumqayıtın 75 illiyi münasibətilə həyata keçirdiyi “Sumqayıtın tanınmış qələm adamları” layihəsində növbəti görüşümüzdəyik.
Müsahibimiz Əməkdar jurnalist, Sumqayıt hadisələrinin araşdırmaçısı, yazıçı- publisist Eyruz Məmmədovdur.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir.
-Necəsiz,Eyruz müəllim?
-Dūnənkindən yaxşı, sabahkından pis.
-Siz uzun zaman “Exo Sumqaita” qəzetində redaktor işləmisiniz. İşlədiyiniz dövrdə Sumqayıtla bağlı qərəzli yazılar alırdınızmı? Reaksiyanız necə olurdu?
-Qərəzli yazılar yox, anonim məktublar alırdım. Onu da cırıb atırdım. Anonim məktubun izinə dūşməyi şəxsiyyətimə sığışdırmırdım.
-Sumqayıtın əks- sədası duyulurdumu?
-Sumqayıtın əks-sədasını həmişə, hər yerdə duyuram.
-Sumqayıtın sizin həyatınıza və yaradıcılığlnıza təsiri?
-Sumqayıt mənim ūçùn örnək məktəbi, ləyaqət timsalıdır.
-Sumqayıt hadisələrinin araşdırmaçısı kimi tanınır və sevilirsiniz. Siz nəyi və necə sübut etdiniz?
-Sumqayıtda baş verən hadisələr mənim gəncliyimi, bədii yaradıcılığımı əlimdən aldı. Lakin təəssùflənmirəm. Millətimizə, doğma şəhərimizə vurulan ləkəni, məkirli siyasəti ūzərimizdən götūrmək ùçùn 30 il araşdırma apardım. Sonuncu “Cinayət və cəza” kitabımda erməni, onların faşist ideologiyası, Sumqayıtda baş verən hadisələrdə özlərinin əli olduğu ifşa edildi. Kitab 7 dilə tərcūmə olundu. Meksikada çap olunan kitab 24 ispandilli ölkələrdə geniş yayıldı. Əvvəllər erməni millətçiləri elektron poçtuma çoxlu məktub göndərirdilər. Guya Ermənistana, onun rəhbərlərinə böhtan atmaqla məşğulam. Bir faktı da qeyd etmək yerinə düşərdi. 1988-ci ilin fevral ayında Eduard Qriqoryan Qarabağa səfər etmiş, Serj Sərkisyanla görùşmūşdùr. O, Sumqayıtda “Krunq” cəmiyyətinə pul verməkdən imtina edənlərin siyahısını vermiş və onlari qətlə yetirməyi tapşırmışdır. 2013-cù ildə “Cinayət və cəza” kitabı çıxanda Serj Sərkisyan artıq Ermənistan Respublikasının prezidenti idi. Yerevandan çoxlu təhqiredici, hədə-qorxu ilə dolu məktublar daxil olmağa başladı. S.Sərkisyanın mətbuat katibi iki dəfə mənə məktub yazdı. Yazdıqlarımızı təkzib etməyi tələb etdi. Məni Avropa məhkəməsi ilə hədələdi. Artıq qatar yola dūşmūşdū.
Yuxarıda az da olsa cavab verdim. 4 il Moskvada, Sankt-Peterburqda, Smolenskdə, Stavropol vilayətində araşdırma aparmağımız bizə ölkədə gedən bir çox ictimai-siyasi proseslər haqqında çoxlu məlumat almaqda kömək etdi. Dūzdūr, çətin idi. Bizi iki dəfə Moskvadan qovmuşdular. İki ay Sumqayıtda qalandan sonra yenidən Smolenskdən Moskvaya yollandıq. Təhlùkələr vardı. Lakin biz inadımızdan dönmədik.
-Hardasan, Armando? Kimdi bu Armando? Niyə əsərlərinizdə xarici adlara istinad edirsiniz?
-Mən heç nəyin xətrinə romanlarımda xarici adlara ūstūnlùk vermirəm. “Sən kimsən, Armando?” Romanımı oxumusunuzsa, o dəstə cibgirlərdir, hamısının da ləqəbi var. Buna təəccūblənmək lazim deyil.
-İndi nə işlə məşğulsunuz? Sumqayıtlılar sizi şəhərimizin fəxri vətəndaşı kimi tanıyır və sevir. Çünki siz ən çətin anlarla və ən çətin vəziyyətlərlə üzləşsəniz də şəhərimizin üzərinə atılan ləkəni təmizləməyə müvəffəq oldunuz. Bəlkə ona görədi?
-Hal- hazırda Sumqayıtın 75 illik yubileyi ilə əlaqədar Sumqayıtın tarixi ūzərində işləyib qurtarmışam. Bu işin ùzərində təxminən 25 ildir çalışıram. Paralel bir romanım nəşriyyatdadir. İndi yenisi ūzərində işləyirəm. Onu da deyim, biləsiniz ki, mən yazdığım romanı o saat nəşriyyata aparmıram. Onları kompùterin yaddaşında saxlayıram. 5-10 ildən sonra onlara yenidən qayıdır, yeni gözlə baxıram, sonra bir oxucu kimi oxuyuram. İndi yazdığım roman 6 il idi ki, kompūterdə vaxtını gözləyirdi. “Arxadan vurulan zərbə” 10 ildən sonra ūzə çıxdı.
Mən Sumqayıtın vurğunuyam. O, mənim ùçùn gözəl, yaraşıqlı şəhərdir. Demək istəmirdim. Rəhmətlik kino – rejissor Davud İmanovla Moskvada sənədli film çəkəndə Moskva KQB işçiləri bizi 3
saat Lefortovada saxladılar. Qorxu hissi oldu. Ancaq Sumqayıta görə ūrəyimdə bir təsəlli vardi. SUMQYIT.
-İnsan dünyaya gələndə niyə ağlayır?
-Dūnyaya gələn çağa hiss edir ki, dūnyada göz yaşları qurumayıb. Būtūn bu mūharibələr, konfliktlər, terror olmasa, bəlkə də dūnyaya gələn körpə ağlamaz, əksinə, gūlər. Dostoyevskinin gözəl bir sözù var” Hətta böyūk inqilablar bir körpənin göz yaşlarına dəyməz”. Gözəl deyilib, eləmi?
-75 yaşlı şəhərimizə sözünüz?
-Öz ləyaqətini, ismətini, mətinliyini, duz-çörəyi, adət-ənənəsini qoruyub saxlasın.
-Ədəbiyyat insanların üzərində əvvəlki təsir gücünü saxlaya bilibmi?
-Ədəiyyat būtūn zamanlarda dövlətin qranit daşı kimi sùtunu olub. Dūzdūr, bəzi hökmdarlar ədəbiyyata laqeyd mūnasibət bəsləyiblər, hətta bəzi yazar-ustadları cəzalandırıblar. Belə hallar çox olub. Lakin ədəbiyyat yaşayıb. Insanı öldūrmək olar, sözù yox. Qədim Romada Konstantinopolun kitabxanası yananda Yuli Sezar yūrùşə hazırlaşırmış. Kitabxananın valisi Sezarın qarşısini kəsib deyir: “Yūrūşə hər zaman gedə bilərsən. Kitabxana yansa Roma imperiyasının tarixindən heç nə qalmayacaq. Heç Yuli Sezarın olduğunu da bilən olmayacaq”.
Respublikada ədəbiyyata meyil çox artib. Ancaq səviyyə məni qane etmir, özūmù ayırmıram.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Raziyam. Poeziya evini qələm sahiblərinə verməsi buna sūbutdur. Bununla belə, kvartalda bir dəfə yazarlarla görùşùn təşkil olunmasi hər iki tərəf ūçùn xeyrli olar.
-Texnologiya əsrində yaşayırıq. Post insan, post düşüncə həyatımıza nəyi gətirdi?
-Yūksək texnologiyaların gətirilməsi və quraşdırılmasının tərəfdarıyam. Amma Avropanın ləyaqətsiz, əxlaqsız adətlərinin gətirilməsinin əlehinəyəm.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-Dūzūnū deyim ki, AYB Sumqayıt bölməsindən çox şey gözləyirəm. Tək əldən səs çıxmaz. Birincisi bölmənin maddi-texniki bazası möhkəmləndirilməlidir. Ikincisi ictimaiyyətdə, ələlxus gənçlərdə kitaba həvəs yaratmaq lazımdır. Oxucuları maraqlandırmaq ùçùn mùxtəlif konkurslar, viktorinalar və s keçirmək pis olmazdi. Bir də, bir neçə ştat açılmalıdır.
-Dünya narahatdı elə bil?
-Dùnya həmişə narahat olub, olacaq da. İnsan gözəl yaşamaq istəyir. Gözəlliyin daşıyıcıları da sevgidir, məhəbbətdir, dostluqdur, səmimiyyətdir. Mùdriklərdən biri deyib ki, nə qədər insan orqanizmində eqoizm var, mùharibələr davam edəcək. İnsan nəfsin, tamahın quludur. Bu da eqoizmdir. Çingiz xan, Napaleon, Teymurləng, Hitler nə qazandılar, taleləri nə oldu? Milyonlarla insanlar qırıldı. Analar gözùyaşlı, qız, gəlinlər dul qaldılar, körpə balaların gözləri hələ də yoldadır. İnsanın dūşməni eqoizmdir, mən deyərdim şeytandır.
-Qubadlıda olmusunuz?
-Deyim getmişəm, yalan olardı. Getməmişəm. Fikirləşirəm ki, getsəm, dədə-baba yurdumu dağılmış vəziyyətdə görsəm səbirli, təmkinli Eyruz göz yaşlarını saxlaya bilməz. Amma inşallah, bir gūn mūtləq gedəcəyəm.
-Şəhərimizin 75 illiyi ərəfəsində arzu və təklifləriniz.
-Arzum budur ki, öz imicini qoruyub saxlasın. Şəhərdə qeyri-adi kitabxana və bölgələri təmsil edən bir muzey, yəni hər bölgənin öz zəngin guşəsi olsun.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
Müzakirə qapadılmışdır.