Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş “Mən vətənəm” adlı kitabın təqdimatı keçirilib. Yeni nəşr DGTYB -nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Cəbhədən cəmiyyətə – müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri” adlı layihə çərçivəsində işıq üzü görüb.
Bu barədə layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib.
Bildirib ki, tədbirdə çıxış edənlər layihə və kitab haqqında fikirlərini bölüşüblər, kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar DGTYB-nin diplomları ilə təltif olunublar.
Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi “Cəbhədən cəmiyyətə – müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri” adlı layihə çərçivəsində Mingəçevir şəhərində, Gədəbəy və Samux rayonlarında silsilə tədbirlər keçirib.
Müzakirə qapadılmışdır.