“Mənə çox xoşdur ki, Honda da Azərbaycanda oynayıb” – “Sumqayıt”ın yaponiyalısı

367

“Sumqayıt”dan təklif alanda Azərbaycan çempionatını araşdırmışdım. İlk növbədə ailəmlə məsləhətləşdim. Premyer Liqanın səviyyəsi yüksəkdir, keyfiyyətli klublar mübarizə aparır. Əsas hədəfim komandama kömək etməkdir”.

Bu sözləri Qol.az-a açıqlamasında “Sumqayıt”ın yeni transferi Masaki Murata deyib.

 

Yaponiyalı yarımmüdafiəçi həmyerlisi Keysuke Hondanın da bir vaxtlar Azərbaycan çempionatındanda oynağını (2020/2021 mövsümündə “Neftçi”də – red.) xatırladıb və özünün də burada olmasından məmnun olduğunu bildirib: “Keysuki Honda Yaponiya futbolunun əsas simalarındandır. Böyük futbolçudur. Möhtəşəm karyeraya sahibdir. Mənə çox xoşdur ki, Honda da Azərbaycan Premyer Liqasında çıxış edib. Uğur üçün nə bacarıramsa edəcəyəm. Məşqçi hansı mövqedə oynatsa, orda da oynamağa hazıram. Artıq Premyer Liqada iki oyun keçirmişəm. Bunların birində məğlub olmağımıza baxmayaraq, yaxşı mübarizə apardığımızı düşünürəm”.

23 yaşlı futbolçu ölkə çempionatındakı atmosfer haqqında da danışıb: “Sumqayıt”a gələndə komanda yoldaşlarım və heyət məni əla qarşıladı. Buradakı isti münasibət tez uyğunlaşmağıma kömək etdi. Əla kollektivimiz və komandamız var. Səviyyəli Premyer Liqadır, çox güclü komandalar mübarizə aparır”.

Murata komandadakı planları barədə bunları bildirib: “Hər futbolçunun bir üstün cəhəti əlbəttə ki, var. Sürətli oyuna üstünlük verən futbolçuyam. Bizi qarşıda uzun marafon gözləyir. Məqsədimiz 2-ci dövrədə uğurlu çıxış etməkdir. “Sumqayıt”ın yaxşı azarkeşləri var. Ev oyunlarında hər zaman tribunalar dolu olur. Bu komandamıza əlavə stimul verəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər