Sumqayıt şəhərinin ictimai həyatında uzunmüddətli və fəal iştirakına görə və 65 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən Fəxri Fərmanla təltif edilib.
Zakir Fərəcov Mətanət Məhərrəmovanın humanitar sahədə göstərdiyi xidmətləri, sosial məsuliyyət təşəbbüslərindəki fəallığını və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.
Qeyd edək ki, Mətanət Məhərrəmova 1997-ci ildən etibarən Sumqayıt şəhər Qızıl Aypara Cəmiyyətində çalışır, 2001-ci ildən isə həm Regional Mərkəzin koordinatoru, həm də şəhər bölməsinin sədri kimi fəaliyyət göstərir. Onun rəhbərliyi ilə bu illər ərzində şəhərdə bir çox sosial layihələr reallaşdırılıb, ehtiyacı olan insanlara dəstək göstərilib.
Fəaliyyətinə görə Mətanət Məhərrəmova 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Müzakirə qapadılmışdır.