Millət vəkillərimizin menyusuna

1207

Bu günlərdə sumqayitxeber.com saytının rəsmi facebook sosial şəbəkəsindəki səhifəsində Sumqayıt şəhərini təmsil edən millət vəkillərindən birinin  şəklini paylaşmışdıq. Səhifəmizin üzvlərinə belə bir sual ünvanlanmışdı: “Şəkildə gördüyünüz şəxs kimdir?”…

Kifayət qədər şərh yazanlar, ad çəkənlər oldu… Yalnız şəkildəki millət vəkilinin adından başqa. Adı bir tərəfə ,heç “millət vəkilidir” deyən də olmadı. Halbu ki, o şəxs Sumqayıtı təmsil edir. Əgər sumqayıtlılar o şəxsi seçibsə ən azı bir nəfər tanımalı idi.

Bəlkə də bir çox insanlar üçün bu hal adi qarşılana bilər. Ancaq şəhərimizi qanunverici orqan olan Milli Məclisdə təmsil edən bir şəxsi şəhər sakinləri tanımırlarsa bu çox acınacaqlı haldır.

Şəhərimizin millət vəkillərindən eləsi var ki, seçildiyi ərazinin əhatəsini belə bilmir…Nəinki sakinlərlə görüşsün və sakinlər ən azından o millət vəkilini tanısın.

Millət vəkili məmurlardan daha çox xalqa-seçicisinə yaxın olmalıdır. Təəssüf ki, bu belə deyil. Bəzi millət vəkillərinə nəinki seçicilər heç jurnalistlər də yaxın dura bilmir.

Halbu ki, seçki dönəmində vədlər verilirdi…Vədə yetişdi amma vədlərə hələ də əməl olunmur..“Millət vəkili” oldular, amma millətə vəkillik etdikləri sezilmir.Seçkilərdən 2 ildən çox vaxt keçib. Bu illər ərzində bir çox işlər görmək olardı. Görülmədi və görmədik.

Qarşıda isə 3 il var. Çox güman ki, bu illər ərzində də heç nə görməyəcəyik.

Ancaq çox istərdik ki, millət vəkilləri seçicilərinin yanında olsun.

Seçicinin səsini eşitsinlər və aidiyyati qurumlara çatdırsınlar…

Problem həll edən olsunlar, problemə göz yuman yox.

Verdikləri vədləri yerinə yetirsinlər.

Gördükləri işlərin hesabatını versinlər.

Ən azından özlərini tanıtsınlar, şəhər sakinləri bilsinlər ki millət vəkilləri kimdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Samire
    Dekabr 9, 2012 - 23:36

    Eyvaz muellim, cox maraqlidir. Duzunu desem men de tanimiram millet vekilimizi. Bunun gunahi ise mende yox onlardadir ki,en azi mediada gorunmurler.

  • Xalid
    Dekabr 9, 2012 - 23:40

    Inanin ki novbeti 3 ilde de indi necedirlerse ele de olacaqlar.

  • Vuqar
    Dekabr 10, 2012 - 15:22

    Salamlar evvelceden Movzuya gore tesekkurlerimizi bildiririk.
    Basqalarini deye bilmerem,amma Bizim sexsen ses verdiyimiz cox hormetli Muxtar Babayev bizim yasadigimiz mehellenin abadlasdirilmasinda cox isler gormus ve sakinlerle gorusmusdur. İndi hal-hazirda yasadigimiz 10mk-da yalniz iki problem var ki, bunlardan biri su problemidir, digeri ise evlere cekilecek istilik problemidir. umid edirəm ki, yaxin zamanlarda biz sakinlerin problem gorduyu istilik ve su problemi de oz hellini tapacaqdir.

  • Etibar
    Dekabr 12, 2012 - 12:31

    hec kimə sirr deyil ki deputat nəyə görə olrlar. camaatı vecinə alan var? deputat məhlə “remont” etməli deyil e xalqın əsas problemlərinin həlli ilə məşğul olmalıdır. yoxsa məhləyə asvalt cək binaya da emulsiya….

Vuqar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər