Millət vəkillərindən Sumqayıtdakı silahlı insidentə münasibət

621

sumqayitxeber.com xəbər verir ki,  millət vəkilləri İqbal Ağazadə və Zahid Oruc FaktXeber.com-a dünən axşam Sumqayıtda baş verən silahlı insidentlə bağlı açıqlama veriblər
İqbal Ağazadə bildirdi ki, xüsusi xidmət orqanları bu məsələ ilə bağlı ciddi şəkildə məşğul olmalıdır. Azərbaycanda sözü gedən radikal qruplaşmalarla bağlı müxtəlif sferalarda mövqe nümayiş edildiyini bildirən millət vəkili, “istər demokratik düşərgə, istərsə də ictimai-siyasi statusu olan ayrı-ayrı şəxslər də öz mövqelərini bildiriblər. Düşünmürəm ki, bu sahədə Azərbaycanda vəziyyət kritikdir. Çünki bu sosiallaşmamış bir məsələdir və ayrı-ayrı adamların, fərdlərin hərəkətləri xüsusi xidmət orqanları və güc strukturu tərəfindən kontrol olunmalıdır.”
Millət vəkili Zahid Orucun sözlərinə görə isə dini inanclar sistemi tarixən müxtəlif qüvvələrə öz ideologiyalarını həyata keçirmək üçün daha sərt tədbirlər atmağa imkan verib: ”Silahlı insidentlər isə son 100 ildə özünü daha çox qabarıq göstərməyə başlayıb. Cihada çağırış, radikalizm və fundamental prinsiplərin həyata keçirmək cəhdləri cəmiyyətin normal yaşayışına mane olub. Bu baxımdan Azərbaycanda belə qruplaşmaların mövcudluğu faktdır və inkar edilə bilməz. Şübhəsiz ki, deyilən qruplaşmalara cəmiyyət tərəfindən verilən dəstək o qədər də çox deyil. Bunlar xarici dairələr tərəfindən lokal bir səviyyədə yaradılırlar və sonradan ayrı-ayrı gəncləri öz torlarına salaraq onları kamikadze həyatına hazırlayırlar. Baş verənlər hamısı dinin özünə də kölgə salır və islam inanclarını terrorla eyniləşdirilməsinə gətirib çıxarır. O da nəzər alınmalıdır ki, sözügedən qruplaşmalar hal-hazırda cəmiyyətin normal yaşayışını pozmaq səviyyəsində deyillər. “
Zahid Oruc onu da bildirib ki, xarici aləmdə xüsusilə Səudiyyə Ərəbistanından himayə edilən vəhhabilik tendensiyası, başqa xarakterli dini cərəyanlar, sektalar ölkə daxilində dayaqlarını qazanaraq onları silahlandırmaq və sonradan onları hansısa hədəflərə yönəltmək niyyətləri hər zaman olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər