Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür

959

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Qorxma Eyvazovun şəhadətə qovuşduğu gündür.

Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə Laçın rayon Güləbird kənd orta məktəbinə birinci sinfə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək Laçın rayon 127 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Hazırda 127 saylı texniki peşə məktəb Qorxmaz Eyvazovun adını daşıyır.

1985-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Ukraynada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçmişdir. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirmişdir. O, xidmət müddətində dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə yanaşı birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə təltif edilmişdir. Qorxmaz 1987-ci ildə Hərbi xidmətini başa vurub doğma yurda dönür.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1991-ci ildə O, Laçın rayon polis şöbəsinə qəbul edilir. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan Güləbird, Qazdərəsi, Suarası, Mazutlu kəndələrindən başlayır. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.

4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz qolundan güllə yarası alır. O,qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılır. Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və Daxi İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.

Horadizin işğaldan azad edilməsi zamanı Ulu öndər Heydər Əliyevin cəbhə səfəri zamanı Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək qənimət kimi gətirmişdir və Qorxmaz Eyvazov Ulu öndər Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılıb.

10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə O, düşmənin xeyli canlı qüvvəsini məhv edir; lakin bu döyüşdə özü də həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra ən ali mükafat olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir

Ailəli idi. İki övladı yadigar qalıb.

Oğlu Asəm Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə starşina Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər