Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Bu barədə qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan edilib. Beləliklə, Cahandar Mirzəyev rəsmi olaraq vəkillik fəaliyyətinə başlamaq hüququ qazanıb.
Qeyd edək ki, Cahandar Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin oğludur. Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərdə iştirak edib və 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Milli Qəhrəmanın oğlu vəkil oldu
•
55


Müzakirə qapadılmışdır.