Milli Qurtuluş Günü Sumqayıtda qeyd edildi – FOTO

1907

Sumqayıt şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda bayram tədbiri keçirilib.

“Kimyaçı” Mədəniyyət Sarayında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Hicran Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləriidarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə yaranan xaos və milli dövlətçiliyin süqutu təhlükəsi Azərbaycan xalqını ciddi narahat etməyə başladı. Çıxılmaz vəziyyətdə qalan xalq öz xilaskarına üz tutdu. Ümummilli Liderimiz Heydər Əliyev taleyinə yazılmış xilaskarlıq missiyasını bu ağır günlərdə öz üzərinə götürdü. Beləliklə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə Qayıdışı xalqın Qurtuluşu oldu. Heydər Əliyevin siyasi zəkası nəticəsində xalqımız  XX əsrin çox çətin sınaqlarından müstəqil Azərbaycan dövlətini qurmaqla çıxdı. Lakin Ulu Öndərimiz“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”demiş və sonrakı həyatını bu çətinlikləri xalqımızın yolu üstündən götürməyə həsr etmişdir.

Vurğulanıb ki, Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev onun gözəl bir guşəsi olan Sumqayıtı da çox sevirdi. “Sumqayıtı bütün Azərbaycanın gözəl təcəssümü” adlandırır və onun tərəqqisi üçün mümkün olan hər şeyi edirdi. Sumqayıtlılar bu diqqət və qayğını həmişə hiss etmişlər. Siyasi hakimiyyətdə olduğu illərdə 16 dəfə Sumqayıta gələn Heydər Əliyevin hər səfəri şəhərin tarixində əlamətdar tarixi hadisə olmuşdur. Ulu Öndərin Sumqayıta etdiyi bu səfərlər sumqayıtlılarda daim sabaha ümid yaratmış, gələcəyə inamı artırmışdır. Qədirbilən Sumqayıtlılar Ümummilli Lider Heydər Əliyevin Sumqayıtla bağlı qayğılarını son dərəcə yüksək qiymətləndirirlər. İndi ikinci həyatını yaşayan, yenidən cavanlaşan və hər qarış torpağı canlanan 74 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərimizin   arzuladığı bir şəhərə çevrilib.

Qeyd olundu ki, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi çox uğurlu daxili, xarici və iqtisadi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi qüdrət qloballaşan dünyada dövlətimizin qarantına çevrilmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini yazdı. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 30 ilə yaxın müddətdə düşmən əsarətində olan torpaqlarımız azad olundu. Torpaqlarımızı azad etməklə biz dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq.

Sonra “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunan sənədli film nümayiş etdirilib. İncəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.


 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər