MDU-dan tələbələr üçün əlavə təqaüd və diferensial əməkhaqqı sisteminə keçidlə bağlı qərarlar
Mingəçevir Dövlət Universitetində tələbələrə əlavə təqaüdlər veriləcək və müəllimlərə diferensial əməkhaqqı tətbiq ediləcək – Universitetin Elmi Şurasının Şəki şəhərində keçirilən iclasında qəbul edilən vacib qərarlardan bəzilərini sizin diqqətinizə çatdırırıq.
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəki şəhərində keçirilən iclasında tələbələr və müəllimlər üçün mühüm qərarlar qəbul olunub.
Tələbələr üçün əlavə təqaüdlər:
Təhsil göstəriciləri və sosial meyarlara əsasən fərqlənən bakalavr və magistrantlara əlavə birdəfəlik təqaüdlər veriləcək. Təqaüd fakültələr üzrə ümumi orta müvəffəqiyyət göstərici yüksək olub təqaüdə düşə bilməyən, eləcə də sosial həssas qrupa aid bir qrup tələbəyə şamil ediləcək.
Diferensial əməkhaqqı sistemi:
Yeni model çərçivəsində müəllimlərin əməkhaqları onların akademik fəaliyyət göstəricilərinə əsaslanaraq ədalətli və stimullaşdırıcı meyarlarla diferensiallaşdırılacaq.
Diferensial əmək haqqı sisteminə keçidlə bağlı qərar Elmi Şura tərəfindən yekdilliklə qəbul olunub və 2025/2026-cı tədris ilindən tətbiqinə başlanacaq.
Mingəçevir Dövlət Universiteit rektor Anar Eminovun rəhbərliyi ilə böyüyür və yüksəlir! Uğurlar arzu edirik!
Müzakirə qapadılmışdır.