Minsk “Dinamo”su Sumqayıtda oynayacaq!

481

Belarusun “Dinamo” klubu avrokuboklardakı ev oyunlarını Sumqayıtda keçirə bilər. “Rekord.az”-ın əldə etdiyi məlumata görə, Minsk təmsilçisi bununla bağlı “Sumqayıt” klubuna müraciət edib və müsbət cavab alıb. İlkin razılıq əldə olunub və tərəflər yaxın günlərdə bu barədə rəsmi müqavilə də imzalayacaqlar.

“Dinamo” ən azı Konfrans Liqasının qrup (əsas) mərhələsini təmin edib. Minsklilər Avropa Liqasının pley-offu çərçivəsində “Anderlext”lə üz-üzə gələcəklər. Turu keçəcəkləri halda Sumqayıtda məhz tamaşaçılar məhz Avropa Liqasının matçlarını izləyə biləcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər