“Möcüzə şəhər”in ikinci cildi çapdan çıxıb
“Sumqayıt” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı jurnalist Sübhan Qafaroğlunun “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılan bu kitabında da Sumqayıtda aparılan titanik quruculuq işlərindən, həmçinin publisistik məqalələr, müsahibə və oçerklər toplanmışdır.
Kitabın birinci bölməsində əsasən şəhərimizdə son onillikdə yüksək səviyyədə icra olunan genişmiqyaslı infrastruktur layihələr və yenidənqurma işlərinə aid yazılara yer ayrılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin öz intibah dövrünü yaşayan Sumqayıta səfərlərindən bəhs edən rəngli foto-şəkillər xüsusi tərtibatla verilmişdir.
Şəhərin ictimai, siyasi, mədəni həyatından və xidmət sahələrindən bəhs edilən maraqlı mövzular da ikinci bölmədə əksini tapmışdır. Burada əmək qəhrəmanları, ictimai xadimlər, istehsalatda hünər göstərən mühəndislər, yaradıcılıqları ilə şəhərin inkişafına töhfə verən alimlər, yazıçı və şairlər, incəsənət ustaları, cəmiyyətin tərəqqisinə xidmət edən müəllim və həkimlər, mütəxəssislər barədə maraqlı oçerklər də verilmişdir.
“Möcüzə şəhər”in ikinci cildi çapdan çıxıb
•
70
Müzakirə qapadılmışdır.