“Müasir çağırışlar şəraitində Azərbaycanın iqtisadi suverenliyi” mövzusunda elmi seminar keçirilib

68

Aprelin 29-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə” “Müasir çağırışlar şəraitində Azərbaycanın iqtisadi suverenliyi” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilov qonaqları salamlayıb “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan seminarın məqsədindən bəhs edib. O, ölkəmizdə iqtisadi inkişafın hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasının dayandığını, bu gündə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev “Maliyyə suverenliyi milli təhlükəsizliyin təminatı kimi” mövzusunda məruzə ilə çıxış edib. Loğman Abdullayev Azərbaycanın iqtisadi müstəqilliyinin qorunmasının, xüsusilə də maliyyə suverenliyinin möhkəmləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qonaq qismində YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi müstəqilliyinin formalaşmasında əvəzsiz rolunu vurğulayıb. Cavid Məmiyev bildirib ki, Heydər Əliyevin uzunmüddətli strateji siyasəti ölkənin iqtisadi suverenliyini gücləndirərək, Azərbaycanın müstəqil və dayanıqlı iqtisadiyyata sahib olmasına zəmin yaratmışdır.
Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Qalib Hüseynov “Ölkənin iqtisadi suverenliyi, strateji milli prioritetlərin həyata keçirilməsi yolları”, kafedranın professoru Şəfa Əliyev “Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın dövlət müstəqilliyinin mühüm təminatçısı qismində”, Mühasibat və iqtisadiyyat kafedrasının baş müəllimi, i.ü.f.d. Elnarə Məmmədova “İqtisadi siyasətin konstitusiya əsasları”, tələbə Məsmə İsmayılzadə “İqtisadi suverenlik və strateji idarəetmə” mövzularında məruzə ediblər. Məruzəçilər iqtisadi suverenliyin əhəmiyyətinə diqqət çəkib, mövzunun müxtəlif istiqamətlərinə toxunublar. Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirmək üçün həyata keçirilən strategiyaların və siyasətlərin əhəmiyyətini vurğulayıblar.
Seminar mövzular ətrafında müzakirələrlə davam edib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər