Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda çıxış edərək Azərbaycanın enerji siyasəti və Avropa ilə əməkdaşlığının əhəmiyyətli məqamlarına toxundu.
Prezident İlham Əliyevin qeyd etdi ki, Azərbaycan 2027-ci ilin sonuna qədər Avropaya qaz təchizatını ikiqat artırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycanın Avropa qitəsinə qaz təchizatı ildə 8 milyard kubmetr idi, bu il isə bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Bu, Azərbaycanın enerji sahəsində artan potensialını və Avropa bazarına olan güvənini göstərir. Strateji tərəfdaşlıq çərçivəsində bu rəqəmlərin daha da artması gözlənilir.
2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr idisə, bu il bu göstərici 25 milyard kubmetrə çatacaq. Bu artım, Azərbaycanın Avropa üçün vacib enerji təminatçısı olduğunu bir daha sübut edir. Azərbaycanın təbii qazını alan ölkələr arasında Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya kimi Avropa İttifaqı üzvləri, eləcə də Gürcüstan və Serbiya kimi İttifaqa namizəd ölkələr var.Yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri də önəmlidir. Sloveniyanın Azərbaycanın qaz bazarına daxil olması bu istiqamətdə mühüm hadisədir. Avropada interkonnektor layihələrinin icrası ilə Azərbaycan qazının daha çox ölkəyə ixrac edilməsi üçün yeni imkanlar yaranacaq. Bu, Azərbaycanın enerji siyasətinin daha da genişlənməsinə və Avropa ilə əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amillərdən biridir. Azərbaycan yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni edir. Bu, ölkənin strateji hədəfidir və Prezidentin çıxışı bu istiqamətdə Azərbaycanın qətiyyətini təsdiqləyir. Azərbaycanın mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışması da vacib məqamdır. İtaliya Azərbaycanın əsas qaz təchizatçılarından biridir və bu ölkəyə təchizatın 9 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması tələbatın nə qədər böyük olduğunu göstərir. Enerji sahəsində tarixi nailiyyətlər də diqqət çəkir. Azərbaycan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə onu istismara verib. Bu, Azərbaycanın enerji sektorunda mühüm addımlar atdığını və beynəlxalq əməkdaşlığa töhfə verdiyini göstərir. Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin uğurlarını və Avropa ilə əməkdaşlıq perspektivlərini əhatə edir. Azərbaycanın strateji tərəfdaşlığı, qaz ixracının artması və yeni tərəfdaşlarla əməkdaşlıq perspektivləri ölkənin enerji sektorunda daha da möhkəmlənməsinə və beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji siyasətinin davamlı və sabit inkişafını təmin edir.
Deputat Müşfiq Məmmədli
Müzakirə qapadılmışdır.