“2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltası və burada etdiyi nitq Qələbənin təsdiqi kimi yaddaşlarda əbədi qalacaq”.
Bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.
Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev vəzifəsinə başladığı gündən işğal altında olan bütün torpaqlarımızın azad olunmasını və bayrağımızın həmin torpaqlarda dalğalanmasını qarşıya hədəf qoymuşdur: “Ötən illər ərzində Azərbaycan iqtisadiyyatını gücləndirmiş, ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünya miqyasında layiqli yerini tutmuş, ölkəmizin mövqeyi beynəlxalq arenada daha da güclənmişdir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü 44 günlük Vətən müharibəsində düşməni kapitulyasiya etməyə məcbur etməsi ilə təsdiqləndi. Qazanılan Qələbə əbədi olaraq Azərbaycan xalqının tarixində yaşayacaq və gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Müzakirə qapadılmışdır.