Müşfiq Məmmədli: “Qazaxıstanda referendum xalqın iradəsini əks etdirdi”

372

Qazaxıstanda ölkə prezidentinin sərəncamı ilə atom elektrik stansiyasının tikintisi məsələsi üzrə ümumxalq səsverməsi – referendum keçirilmişdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq missiyanın tərkibində Milli Məclisin deputatları Müşfiq Məmmədli, Elman Nəsirov və Azər Badamlı müşahidəçi qismində prosesin izlənilməsində iştirak etmişlər. Proses barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli TRT televiziyasına açıqlama vermişdir.

Müşfiq Məmmədli müsahibəsində qeyd etmişdir ki, referendum kifayət qədər şəffaf şəkildə keçirilmiş və xalqın iradəsini əks etdirmişdir. Bu, Qazaxıstanda demokratik ənənələrin davam etdiyinin və hakimiyyətin mənbəyinin xalq olduğunun bir göstəricisidir. O, həmçinin vurğulamışdır ki, referendumda yüksək aktivlik müşahidə olunmuş və nəticələr xalqın iradəsini dolğun şəkildə ifadə etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər