“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar BabayevXızıda avtobusun aşması nəticəsində yaralananların vəziyyəti ilə tanış olmaq üçün Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına baş çəkib.
sumqayitxeber.com məlumat verir ki, millət vəkili xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb. Muxtar Babayev xəsarət alan şəxslərə kömək və dəstəyini təklif edib. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicələrini davam etdirən şəxslər millət vəkilinə təşəkkürlərini bildirərək qeyd ediblər ki, xəstəxanada onların sağlamlığı üçün hər cür şərait yaradılıb, xəsarət alan şəxslərin vəziyyəti şəhər rəhbərliyinin nəzarəti altındadır.
Qeyd edək ki, mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobus dərəyə aşıb. Nəticədə 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Maşındakılar Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və texniki işçiləri olub. Onlar istirahət etmək üçün həmin rayona səfər ediblər.
Müzakirə qapadılmışdır.