Nazarbayevin Qarabağ planı Ermənistanı QORXUYA SALDI: İrəvana gözlənilməz ZƏRBƏ

1585

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Bu, türk ölkəsinə sədrliyi müddətdə bir sıra mühüm addımlar atmağa, ən azından, istədiyi məsələni Təhlükəsizlik Şurasının gündəminə gətirməyə imkan yaradır. Rəsmi Astana sədrlik postunu təhvil alanda prioritetlərinin nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibənin qarşısını almaq, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacağını açıqladı. Qardaş ölkə Qazaxıstanın bu mühüm posta yiyələnməsi Azərbaycanın maraqları baxımından da tarixi hadisədir. Xüsusilə Astananın lokal münaqişələrin həllini prioritet elan etməsi Dağlıq Qarabağ münaqişəsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyi ehtimalını artırır.

Publika.az xəbər verir ki, Ermənistan Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdır.

Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında Ermənistanla birgə təmsil olunmasına baxmayaraq, Dağlıq Qarabağ məsələsində həmişə açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyib. Misal üçün, 2015-ci ildə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv seçilərkən, prezident Nursultan Nazarbayev Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və Azərbaycana açıq dəstək verdi. 2016-cı ildə “aprel müharibəsi” zamanı da Astana Bakını sona qədər dəstəklədi. Bu tarixi təcrübə fonunda İrəvan narahatlığını gizlətmir.

Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, Nazarbayev bütün imkanlardan istifadə edərək, Azərbaycanın mövqeyini Təhlükəsizlik Şurasının gündəminə gətirməyə çalışacaq.

“Bu, nəticə etibarilə mövcud vəziyyəti tam dəyişməsə də, diplomatik sferada Ermənistana zərbədir”, – deyə o bildirib.

Rusiya Dövlət Dumasının MDB ilə iş komitəsinin sədr müavini Konstantin Zatulin də Ermənistan mediasına açıqlamasında istisna etmir ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü pozulduğu faktını Təhlükəsizlik Şurasının gündəminə daşıyacaq: “Qazaxıstanla Azərbaycanın sıx münasibətləri bunun baş verəcəyi ehtimalını artırır. Təbii ki, Qazaxıstan müvəqqəti olaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və sədrliyi də müvəqqətidir. Bu baxımdan, onun hansısa qərar verməsi imkanı yoxdur. Lakin dilplomatik mübarizədə və informasiya savaşında Qarabağ məsələsinin gündəmə gətirilməsi Bakının maraqlarına uyğundur”.

Erməni politoloq Suren Sarkisyan hesab edir ki, Qazaxıstan Qarabağ məsələsini gündəmə gətirsə, bu, Təhlükəsizlik Şurasının qətnamələrinin də avtomatik gündəmə gəlməsinə səbəb ola bilər.

“Bu, Azərbaycanın uzun illərdir dilə gətirdiyi məsələdir və etiraf etməliyik ki, Ermənistanın marağına uyğun deyil”, – deyə o bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər