Nazir Sumqayıtda gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb

349

Gənclər və idman naziri Fərid Qayıbov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

Gənclər və İdman Nazirliyi və nazirliyin yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən görüş zamanı gənclər təşkilatlarının nümayəndələri gənclərin inkişafına imkan yaradan müxtəlif formatlı yeni layihə təklifləri ilə çıxış ediblər.

Bundan başqa 2025-ci ilin #GənclərPaytaxtı Sumqayıt şəhərində keçiriləcək yeni layihələr, gənclər düşərgələri, təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilik məsələləri, beynəlxalq təmsilçilik, gənclərin inkişafında təşkilatların rolu, süni intellekt ilə bağlı təşəbbüslər, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, karyera, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər