Olimpiya Uğurları: Azərbaycan dünyanın ən güclü 30 ölkəsi arasında

487

Azərbaycan Respublikasında idman hər zaman dövlətin diqqət mərkəzində olmuşdur. İdman yalnız fiziki sağlamlıq vasitəsi deyil, həm də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əsas təməl daşlarından biri kimi qəbul edilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə idmanın inkişafı üçün atılan addımlar idmançılarımıza beynəlxalq arenalarda layiqli təmsil olunmaq üçün imkanlar yaratmışdır. Müasir idman infrastrukturunun qurulması, idman federasiyalarının gücləndirilməsi və idmançılara dövlət dəstəyi Azərbaycanı güclü idman dövlətinə çevirmişdir.

Prezident İlham Əliyev 14 avqust 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarında uğur qazanan Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulunda çıxış edərkən vurğulamışdır ki, Azərbaycan idmançıları bütün xalqı sevindirmiş və ölkəmizi layiqincə təmsil edərək, Azərbaycanın bayrağını ucalmışdır. Bu, bir daha sübut etdi ki, Azərbaycan güclü idman dövlətidir və Olimpiya Oyunlarında qazanılan uğurlar təsadüfi deyil. Azərbaycan idmançıları iki qızıl, iki gümüş və üç bürünc medal qazanaraq dünyanın ən güclü 30 ölkəsi arasında yer almışlar. İdmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışdır. Müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşan Azərbaycan, 57 üzv ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatında tarixi nəticəyə nail olmuşdur.

Bundan əlavə, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir və bu Oyunlarda Azərbaycan idmançıları cüdo, boks, taekvondo, yunan-Roma güləşi və sərbəst güləş üzrə medallar qazanmışlar. Dövlətimizin başçısı vurğulamışdır ki, idmanda həm qələbə, həm də məğlubiyyət təbii haldır, lakin bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə davam edir.

Olimpiya Oyunları dünya miqyasında ən nüfuzlu idman tədbirlərindən biridir və hər bir ölkə bu Oyunlara xüsusilə diqqət və hazırlıqla yanaşır. Prezident Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan müsəlman ölkələri arasında üçüncü yeri tutmuşdur ki, bu da tarixi nəticədir. İdmançılarımızın həm peşəkarlığı, həm də davranış qaydaları ölkəmiz üçün qürur mənbəyidir və bu uğurlar yeni nəsillər üçün də bir nümunədir.

Ölkəmizdə idmanın inkişafı davam edir və dövlət tərəfindən idmanın kütləviləşdirilməsi, uşaq-yeniyetmə idmanına diqqətin artırılması istiqamətində işlər görülür. Gənc nəsillərin idmana marağı artır və bu, gələcək uğurların təməlini qoyur. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan gənc nəslimizlə haqlı olaraq fəxr edir və onların uğurlu çıxışları bu fəxr hissini daha da gücləndirir.

Mail Hümbətov, Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşı, əməkdar məşqçi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər