Oqtay Əliyevin həlak olduğu qəzanın səbəbi bilindi

1370

Oqtay Əliyevin dəhşətli qəzada vəfat etməsi barədə təfərrüatlar ortaya çıxıb.

Dövlət Yol Polisi İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, sürücü Oqtay Əliyev bir müddət əvvəl ürək əməliyyatı etdirib. Avtomobili “VAZ” dairəsindən Saray yolu istiqamətində idarə edərkən qəfil ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər