Orxan Əliyev: “Qalib gəlmiş namizədlərin hər birini təbrik edirəm”

666

1 sentyabr 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilmişdir. Bu seçkilərdə ən çox namizədin mübarizə apardığı dairələrdən biri də 43 saylı Sumqayıt ikinci seçki dairəsi idi. Bu dairədə 11 namizəd mübarizə aparırdı.

Bu dairədən deputatlığa namizəd olan vəkil Orxan Əliyev sumqayitxeber.com-a açıqlama verib.

Orxan Əliyev bildirib ki, bu parlament seçkilərinin bundan öncə keçirilən seçkilərdən əsas fərqi 44 günlük Vətən Müharibəsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad edilməsindən sonra keçirilən ilk parlament seçkiləri olmasıdır. Ərazi bütövlüyümüzü tam bərpa etmiş ölkəmizdə ilk dəfə idi ki, doğma Qarabağımızda seçkilər keçirilirdi.  Doğma torpaqlarına qayıtmış vətəndaşlar öz səs vermə hüquqlarından istifadə etdilər.
Düşünürəm ki, bu seçkidə müzəffər bir ölkənin seçicisi olaraq iştirak edən vətəndaşlar da, millət vəkilliyinə namizədlər də bu tarixi hadisənin iştirakçıları olduqları üçün xoşbəxtdirlər.
Bu seçkilərdə 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. 9 avqustdan etibarən mənə etimad göstərən komandamla birlikdə başladığımız təbliğat-təşviqat fəaliyyətimizdə doğma şəhərimin doğma sakinləri ilə həmişəkindən fərqli bir müstəvidə və mütəmadi bir qrafikdə ünsiyyətdə olduq. Onların problemlərini, dərdlərini, istəklərini, hadisələrə baxış bucaqlarını dinlədik. Bu parlament seçkilərinin dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etməsindən, inkişaf edən ölkəmizin tarixində mühüm hadisə olmasından bəhs etdilər.
Bu yolda mənimlə birlikdə dayanmadan,xüsusi şövqlə çalışan,mənə dəstək olan komanda yoldaşlarıma, doğmalarıma, eyni zamanda kimə səs verməsindən asılı olmayaraq seçki günü məntəqələrə gələrək seçkidə iştirak edən seçkinin baş tutmasında rol oynayan bütün seçicilərə və təbliğat-təşviqat dövründə həm də seçki günündə biz namizədlər üçün lazım olan şəraiti yaratmış,qarşımıza çıxa biləcək hər hansı bir maneənin olmaması üçün lazımi tədbirləri görmüş,seçkilərin demokratik qaydada baş tutmasına şərait yaradan Mərkəzi Seçki Komissiyasının fonunda dövlətimizə öz təşəkkürümü bildirirəm.
Orxan Əliyev qeyd edib ki, ilk dəfə iştirak etdiyim parlament seçkilərində 11 namizəd arasında 4-cü olmağım parlamentdə doğma şəhərim Sumqayıtın sakinlərini təmsil etməyim üçün kifayət etməsə də ,bu seçkini özüm və komandam adına uğurlu bir fəaliyyət olaraq qiymətləndirirəm.Bundan sonrakı dövrdə vəkil olaraq fəaliyyət göstərdiyim Sumqayıt Regional Vəkil Bürosunda hüquq müdafiəçisi olaraq ədalətin ,obyektivliyin,qanunun aliliyinin qələbə qazanması üçün mübarizə aparacaq ,bu yolla ölkəmizin vətəndaşlarına xidmət edəcəyəm.
“Sonda fürsətdən istifadə edərək keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlmiş Milli Məclisin 125 deputatın hər birini təbrik edir, onlara bu fəaliyyətlərində uğurlar arzulayıram”- deyə Orxan Əliyev bildirib.

Qeyd edək ki, 43 saylı Sumqayıt ikinci seçki dairəsindən lider namizəd Tahir Mirkişili olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər