Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: “Ağciyərimdə zədələr var idi”

1070

“Agciyərimdə zədələr var idi. Uzun müdət müalicə olunsam da, əməliyyata ehtiyac duyuldu. Hazırda vəziyyətim yaxıdır, özümü yaxşı hiss edirəm”.
Bu sözləri Sonxeber.az– a ötən gün əməliyyat keçirən kəşfiyyatçı baş leytenant, Kamil Musəvi deyib.
Hərbi xidmət illərindən agciyərində müəyyən zədələrin olduğunu qeyd edən Kamil Musəvi hazırda vəziyyətinin normal olduğunu deyib:
” Artıq bir neçə əməliyyat keçirdiyimə görə heç nə hiss eləmədim. Mənə görə narahat olan, dua edən, çoxsaylı mesaj göndərən dostlarımın hər birinə çox sağ ol deyirəm. Narahat olmasınlar, səhhətimdə hər bir şey qaydasındadır”.
Qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən Qarabağ Qazisi Bona Dea xəstəxanasında agciyər əməliyyatı keçirib. Birinci vitse-prezident Mehriban Əliyeva kəşfiyyatçı baş leytenant Kamil Musəvinin əməliyyat xərclərini üzərinə götürüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər