Oxumasanız da olar

838

092b7549df31Neqativ

İş adamı olan ata məktəbli oğlundan soruşur:

– Hə, məktəbdə müvəffəqqiyyətlərin necədir?

– Əla! Mən 5-ci siniflə müqaviləni bir il də uzatdım.

Tale yolları

Tale – Sənə dünyaya gələndə o qədər şey təklif edir ki, acgözlükdən gözlərin parıldayır. Uzun illər seçim çətinliyinin əzabına qatlaşırsan. Ancaq elə ki, qərar qəbul edirsən, görürsən ki, dükan artıq bağlanır. Bütün çeşidlər satılıb qurtarıb. Assor timentdə qalanlar isə aşağı keyfiyyətli zir-zibildir.

Bax bizim taley yollarımızın trayektoriyası belədir.

Rus lətifəsi

Rusiyanın “Vokruq Smexa” dərgisinin lider lətifəsi:

Ezamiyyətdə olan kişinin ezamiyyəti yarımçıq kəsilir və o, qətildən evə dönür. O, bütün mənzili ələk-vələk edir, ancaq arvadının aşnasını tapa bilmir. Kişi çox sevinir.

Və xəbəri olmur ki, aşnanı qəfildən ezamiyyətə çağırıblar.

Müasir deyim

– İki xəbər var, yaxşı və pis. Nədən başlayaq?

– Pisdən.

– Bizdə vəziyyət çox pisdir.

– Bəs yaxşı hansıdır?

– Qonşuda bizdən də pisdir.

Lətifə

Azərbaycan hökuməti təklif edir ki, aeroport yolunu dünyanın 8-ci möcüzəsi hesab etsinlər. Çünki bu yolun asfaltlanmasına son 10 ildə yarım milyard pul xərclənib.

Lətifə

İqtisadi böhrandan əziyyət çəkən və alverin getmədiyini iddia edən Maşın Sabir qəfildən xəstələnib xəstəxanaya düşür. Həkim onu əməliyyat etməyə qərar verir və soruşur:

– Sabir müəllim, narkoz vurmalıyıq. Ancaq bununçün pul ödənməlidir.

Həkim bir məbləğ söyləyir. Sabir müəllim başını yelləyir:

– Yox, buna gücüm çatmaz. Ucuz narkoz yoxdur?

Həkim deyir:

– Var.

Dalınca da oxuyur:

– Lay-lay dedim yatasan,

Qızıl gülə batasan.

Qızıl gülün içində,

Şirin yuxu tapasan.

Lətifə

Nazir dostları Ziya Məmmədovdan soruşurlar:

– Niyə belə dilxorsan, işdən çıxarırlar?

– Yox, əksinə, yerim get-gedə möhkəmlənir.

– Bəlkə şəxsi biznesin çökür?

– Nə danışırsız, şirkətlər gün-gündən çiçəklənir, var-dövlət artır.

– Evdə-eşikdə necə, salamatlıqdır? Bəlkə xəstələnib eləyənin var?

– Hər şey yaxşıdır, hamı sağ-salamatdır.

– Bəlkə arzuların çin olmayıb?

– Yox, hamısı çin olub. Mayamidə ada, Xorvatiyada meşə, həm də Nil çayını almaq istəyirdim, aldım da.

– Bəs axı sənə nə olub belə dilxorsan?

– Eh. Siz bircə bilsəydiniz xalq üçün indi necə çətindir…

Sual-cavab

– Sevdiyim oğlanı geri qaytarmaq istəyirəm.

– Çeki saxlamısan ki?

Yalnız Sumqayıtda

– Qulluqçu, toxucu, poladəridən, çilingər, tornaçı kimi sənətlər öz yerini alverçi sənətinə verir;

– Sakinlər mədəniyyət mərkəzi kimi inşa edilmiş Nizami meydanını alış-veriş və tumçırtlama mərkəzinə çevirirlər;

– Dənizkənarı park sürətlə hasarlanır.

Lətifə

Milli Məclisin müxalifətçi deputatı Pənah Hüseyn YAP-çı deputat Aydın Mirzəzadədən soruşur:

– Aydın müəllim, daş dövrü nə deməkdir?

Aydın müəllim düşüncəli görkəm alıb izah etməyə başlayır:

– Bilirsiz, Pənah bəy, o vaxtlar hər şey daşdan idi, ona görə də o dövri daş dövri adlandırırlar.

Pənah Hüseyn heyrətlə dillənir:

– Hər şey daşdan idi? Vay, vay, vay…

Az keçmiş soruşur:

– Aydın müəllim, mobil telefon da daşdan idi?

Lətifə

Siyasi fəaliyyətlərini başa vurub qocalan Fəzail Ağamalı dünyasını dəyişir. O dünyada cəza olaraq ona çox çirkin bir qadın verirlər və deyirlər ki, əbədiyyətə qədər bu qadınla yaşayacaqsan, sən cəzalısan.

Taleyi ilə barışan Fəzail müəllim bu çirkin qadınla o dünyanın dükan-bazarına çıxanda, birdən Zahid Orucu gözəllər gözəli Ancelika Coli ilə qol-qola gəzən görür.

Bunu özünə qarşı haqsızlıq və təhqir hesab edən Fəzail müəllim o dünyanın icar hakimiyyətinin başçısına şikayət edir:

– Cənab icra başçısı. Necə olur, mənə bu idbar qadın düşür, Zahid Oruca isə Ancelika Coli düşür?

İcra başçısı deyir:

– Necə ki, sən cəzalısan, eləcə də Ancelika Coli cəzalıdır.

Tapmaca

– O nədir ki, hamı ondan faydalanır, üstündə qırğındır, ancaq heç kəs onu pulla əldə etmək istəmir?

– “168 saat” qəzeti.

Elan

Sumqayıtda Qazel sürücüləri aclıq elan ediblər. Onlar Yol hərəkəti qaydalarının ləğv olunmasını istəyirlər.

Xəbər

Yol polisləri prinsipiallıq göstərib, daha pul götürmürlər.

Dəqiqləşdimə: Söhbət əmək haqqından gedir.

Bayatı

Əzizim Abutalıbov,

Yarı Abu, yarı Talıbov.

Özünə zavod Tikdiribov,

Özünə təyyarə Alıbov.

Teletaym

– Müdir məzuniyyətə çıxan kimi katibə onun fincanında gül əkdi.

– Məktəbdə sinif rəhbəri 5-cilərə tapşırıq verir ki, “Ovcunuza ulduz düşsə, siz nə arzulayarsınız” sualı ətrafında düşünsünlər. Bir oğlan deyir:

“Təzə əl!”

– Rusiya şovinizmi. Gecə klubunun qarşısına yazılmışdı: “Özbəklərə, taciklərə və digər qaralara giriş qadağandır! Zəncirlərə olar”.

Lüğət

Kayfedra – Sənin Universitetdəki isti yerin.

Maşının üzərindəki Press yazısı – Pressaya Presslənmiş dəxli olmayan şəxs.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • bahar
    Mart 9, 2010 - 01:38

    SUPERRR.DOYUNCA GULDUMM.EM XOSUMA GELENLER BUNLAR OLDU:
    1-AERAPORT YOLUNUN DUNYANIN 8-CI MOCUZESI OLMASI-)))
    2-TAPMACA”168 SAAT”—VALLA SUMQAYITA GEDEN KIMI ALACAM.”KARVAN”IN YANINDA BIR EMI AYANIR ELINDE QEZET.HEMISE ONNAN ALIRAM.

  • bahar
    Mart 9, 2010 - 17:32

    He bu arada deyim ki, men Nasosnuda(H.Z.Tagiyev) qezet tapa bilmirem .Bir dene qezet köşkümüz var idi,ne vaxt baxiram son vaxtlar bagli olur.

bahar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər