Pakistan Cammu Kəşmir bölgəsində Hindistan HHQ-yə məxsus hərbi təyyarəni vurub.
Avropa.info xəbər verir ki, Pakistan ordusu iki Hindistan təyyarəsini vurduğunu, onlardan birinin yerə düşməsi barədə məlumat yayıb. PTİ xəbər agentliyi Qarend Kalaan kəndi yaxınlığında yerli vaxtla saat 10:00-da açıq əraziyə düşən təyyarənin ikiyə parçalandığını və alovlandığını bildirib. Hadisə zamanı 2 pilot və 1 mülki şəxsin həyatını itirdiyi bildirilir.
Pakistan Hindistanla münaqişəni qızışdırmaq istəmıədiyini, lakin məcbur qaldıqları təqdirdə hər şeyə hazır olduqlarını bildiriblər.
Hindistan mətbuatının yaydığı xəbərə görə, Pakistan HHQ-ə məxsus F-16 tipli üç döyüş təyyarəsinin bu səhər Cammu Kəşmirin Novşera bölgəsində uçduğu müəyyən edilib.
Xatırladaq ki. Hindistan Kəşmir regionunun nəzarət xəttindən Pakistan tərəfindəki “Ceyş-i Məhəmməd” qruplaşmasına aid düşərgəyə hava hücumu təşkil etmişdi.
Pakistan SQ-nin mətbuat üzrə nümayəndəsi general-mayor Asif Qafur hind döyüş təyyarələrinin Kəşmir nəzarət xəttində Müzəffərabad bölgəsində Pakistan sərhədlərini pozduğunu, 5-6 km içəri daxil olan təyyarələrin birinin Pakistan hərbi təyyarələrinin müdaxiləsindən sonra təcili şəkildə bomba ataraq geri uçduğunu açıqlamışdı.