Dekabrın 2-də Pakistanın “Global Business Alliance”ın (GBA) sədri Muhammad Asif Noorun başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
Trend xəbər verir ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.
Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, rezidentlər tərəfindən istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirələr aparılıb və pakistanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.
Sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.
Müzakirə qapadılmışdır.