VII çağırış Milli Məclisin işçi qruplarına yeni rəhbərlər seçilib.
Parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ daxil edilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Beləliklə, Sumqayıtı təmsil edən deputatlardan aşağıdakılar işçi qruplarına rəhbər seçilib:
Azərbaycan – Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Mirkişili Tahir Famil oğlu;
Azərbaycan – Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Akimova Elnarə Seydulla qızı;
Azərbaycan – Efiopiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vəliyeva Mehriban Hidayət qızı;
Azərbaycan – Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Şükürov Zaur Ramiz oğlu;
Azərbaycan – Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Hüseynova Hicran Kamran qızı;
Müzakirə qapadılmışdır.