sumqayitxeber.com “AQS dental center”in həkim stomatoloqu Şəkər Nüsrətovanın plazmaliftinq barədə yazısını təqdim edir.
Hazırda stomatologiyada yeni müalicə üsulları tətbiq edilir. Bu üsullardan biri də plazmaliftinqdir. Plazmaliftinq diş əti müalicəsi ilk “AQS dental”da istifadə edilib.
Bu zaman diş ətində regenerasiya – yəni bərpa prosesi sürətlənir. İltihab əlamətləri şişginlik, fırçalama zamanı qanama dayanır. Plazmaliftinqdən öncə ağız boşluğu tam təmizlənməlidir. Bütün diş əti altı və diş əti üstü daşlar skeyler olunmalıdır.
Göstərişlər:
1) Diş əti qanaması. Diş ətlərinin şişməsi və xoşagəlməz ağız qoxusu ilə müşayiət olunan kataral və hipertrofik qinqivit.
2) Diş əti çəkilməsi, sümük sorulması, dişlərin laxlaması ilə müşayiət olunan 1 və 2 dərəcəli paradontit.
Əks göstərişlər:
1) Şəkərli diabet
2) İnfeksion xəstəliklər
Bu isə nəticə! Pasiyent klinikamızdan razılığını bildirdi.
Müzakirə qapadılmışdır.