Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamına əsasən, Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Qeyd edək ki, ötən gün dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edib.
***
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Prezidentin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü təyin olunub. 2018-ci ilə qədər Şuranın üzvü olub.
2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilib.
2025-сi il fevralın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.
31 oktyabr 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Evlidir, iki övladı var.
Müzakirə qapadılmışdır.