Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb.
sumqayitxeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamlarına əsasən, Fərid Yunis oğlu Talıbov Azərbaycanın Yaponiyada, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada, həmçinin Eldar Nadir oğlu Səlimov Azərbaycanın İraqda, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın İordaniya Haşimilər Krallığında, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Müzakirə qapadılmışdır.