Prezident Sumqayıtlı alimi təltif etdi – SƏRƏNCAM

840

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir sıra əməkdaşları təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Sahib Fərzəliyev “Tərəqqi” medalı ilə təltif olunub. 

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışan Sahib Fərzəliyev elmi-pedaqoji fəaliyyəti dövründə 150-yə yaxın elmi məqalə, dərslik və metodik vəsaitlərin müəllifi olmaqla yanaşı, ölkənin aparıcı layihə institutları ilə əməkdaşlıq edir.

Eyni zamanda, ictimai-siyasi sahədə də fəal iştirak edən Sahib Fərzəliyev 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı olub, 1998-ci ildə isə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib və hazırda bu təşkilatın sədridir.

Sahib Fərzəliyev  uzun illər pedaqoji sahədəki fəaliyyətinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, həmçinin müharibə veteranıdır və bir sıra orden və medallara layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər