Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində növbəti dəfə ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən idmançı mükafatlandırılıb. Yunan-Roma güləşi üzrə Sumqayıt şəhərindən olan tanınmış idmançı Məmmədov Murad Səxavət oğluna mənzil orderi rəsmi olaraq təqdim edilib.
Qeyd edək ki, Murad Məmmədov 63 kq çəki dərəcəsində çıxış edərək Azərbaycan güləş məktəbinin nüfuzunun yüksəldilməsinə mühüm töhfələr verib. O, 2021-ci ildə keçirilən Dünya Çempionatında bürünc medal qazanıb. İdmançı Avropa çempionatlarında da uğurlu çıxışları ilə seçilib. Belə ki, 2018-ci ildə gümüş, 2022-ci ildə bürünc medal əldə edən Murad Məmmədov 2024-cü ildə isə Avropa çempionatının qızıl medalına layiq görülüb.


Müzakirə qapadılmışdır.