Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana gerçəkləşən dövlət səfərində Sumqayıtla bağlı maraqlı məqam diqqət çəkib.
Dövlət başçılarına Astanadakı Beynəlxalq Süni İntellekt Mərkəzində təqdimat edilərkən Xəzər dənizinin dibindən keçən Aktau–Sumqayıt fiber-optik xətti barədə də məlumat verilib.
Təqdimatda bildirilib ki, kabelin uzunluğu 380 kilometr, layihənin dəyəri 44,1 milyon ABŞ dollarıdır. Layihənin 2026-cı ilin oktyabr ayında tamamlanması gözlənilir. İşlər cədvəl üzrə həyata keçirilir.
Səfərdən yeni kadrlar AzTV-də yayımlanan “Sözümüz imzamızdır” verilişində təqdim edilib. Qeyd edək ki, verilişin müəllifi sumqayıtlı jurnalist Vüsal Mətləbdir.


Müzakirə qapadılmışdır.