Bu gün Türkiyənin “Qalatasaray” idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib.
APA-nın xəbərinə görə, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıb.
Seçkinin nəticələri gözlənilməz olub və klub rəhbərliyini şoka salıb. Belə ki, Mustafa Cengiz 1703 səs alaraq “Qalatasaray” klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.
Qeyd edək ki, D. Özbəkin səlahiyyət müddəti bu ilin may ayında bitəcəkdi. Lakin o, futbol komandasının Super Liqada uğursuz nəticələr almasından sonra fövqəladə seçki keçirmək barədə qərar qəbul edib. D. Özbək seçiləcəyi təqdirdə 3,5 il bu vəzifədə qalacağını bildirmişdi. M. Cengiz isə may ayında yenidən seçki keçirəcəyini elan etmişdi. Beləliklə, mayda “Qalatasaray”da yenidən prezident seçkisi gözlənilir.
Müzakirə qapadılmışdır.