Qar yağacaq – Xəbərdarlıq

887

Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər