“Qarabağ” bu gün “Nyukasl”la oyuna çıxır

34

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində növbəti oyunlar keçirləcək.

sumqayitxeber.com xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparacaq “Qarabağ” klubu İngiltərə “Nyukasl”ını Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

Bu komandalar arasında cavab matçı fevralın 25-i saat 00:00-da start götürəcək.

“Qarabağ” – “Nyukasl” cütünün qalibi 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə üz-üzə gələcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu
***
18 fevral

21:45. “Qarabağ” (Azərbaycan) – “Nyukasl” (İngiltərə)

00:00.”Bodo/Qlimt” (Norveç) – “İnter” (İtaliya)

00:00.”Brügge” (Belçika) – “Atletiko” (İspaniya)

00:00.”Olimpiakos” (Yunanıstan) – “Bayer” (Almaniya)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər