“Qarabağ” bu gün “Sumqayıt”ın qonağı olacaq

114

“Qarabağ” Misli Premyer Liqasında bu gün “Sumqayıt”la üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, XXV turun matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qarşılaşma saat 19:30-da start götürəcək. “Köhlən atlar” hazırda 57 xalla liderdir. “Gənclik şəhəri” təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşması isə Bakıda baş tutacaq. Saat 17:00-da “Səbail” və “Şamaxı” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klubu 18 xalla sonuncu – 10-cu, qonaqlar 21 xalla səkkizincidir.

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər