Qarlı hava Sumqayıtda ictimai nəqliyyata təsir edib? – Rəsmi açıqlama

498
“Sumqayıtda ictimai nəqliyyat normal rejimdə işləyir”.
Bunu mətbuata açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev deyib. O Sumqayıt şəhərində yağan qarın ictimai nəqliyyatın fəaliyyətinə ciddi təsiri olmadığını bildirib: “Şəhər yollarına qum-duz qarışığı səpilib, bu da hərəkətin təhlükəsizliyini təmin edir. Marşrut avtobusları adi rejimdə işləyir, sərnişinlərin rahat daşınması üçün bütün lazımi tədbirlər görülüb. Sürücülərə və piyadalara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmaları tövsiyə edilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər