Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdıb orada yaşayacaqlarını əminliklə qeyd edən İlham Əliyev əslində öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarını diqqətə çatdırır, yəni qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə olduğunu vurğulayır.
Nitqində Prezident İlham Əliyev erməni vandallarını Azərbaycanın bütün bölgələrində olduğu kimi Qərbi Azərbaycanda da bütün tarixi və dini abidələrimizi yerlə-yeksan etdiklərini, dağıtdıqlarını, azərbaycanlıların tarixi irsini silmək istədiklərini xatırladır və tarixi faktorları ön plana çəkməklə buna nail ola bilmədiklərini, Qərbi Azərbaycanın tarixi Azərbaycan diyarı olduğunu, toponimlərin Azərbaycan mənşəli olmasını, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqının yaşadığını, bütün bunları dünya ictimaiyyətinin də bilməsinin vacibliyini və İcmanın bu işləri daha məqsədyönlü, həm də nəticəyə hesablanmış tərzdə aparacağını qeyd edir.
Öz siyasətində Azərbaycan dövlətini və xalqının maraqlarını ən ali məqsədkimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən İlham Əliyev nitqində xalqımızın əsrlər boyu öz hüquqlarını müdafiə etdiklərini, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərdiklərini, lakin bütün bunlara baxmayaraq müxtəlif tarixi dövrlərdə xalqımızın öz doğma torpaqlarından məhrum edildiklərini, 20-ci əsrin bu baxımdan xalqımız üçün faciəli bir dövr olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından birində tarixi şəhərimiz olan İrəvanı faktiki olaraq Ermənistana bağışladığını, bunun isə bağışlanmaz bir addım, xəyanət və cinayət hesab etdiyini bildirərək qeyd edir ki, bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.İlham Əliyev bununla tarixçilərə mesaj olaraq bildirdi ki: “tariximiz olduğu kimi yazılmalıdır”
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması,qısamüddətli fəaliyyəti haqqında dəfələrlə öz fikirlərini bildirdiyini qeyd edən İlham Əliyev müsəlman aləmində ilk respublika olan Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırır və bildirir ki:“bununla yanaşı biz bu tariximizin qara səhifələrini də unutmamılıyıq”
Hadisələri bir dövlət başçısı, diplomat və tarxiçi kimi təhlil edən İlham Əliyev “tariximizin qaranlıq səhifələri ört-bastır edilməməlidir” deməklə tarixi həqiqətləri təhrif olunmuş formada təqdim etməməyi tövsiyə edir və bildirir ki:“bütün bu faciəvi hadisələr hamımız üçün dərs olmalıdır”
İrəvanın ermənilərə verilməsindən sonra 1920-ci ildə Sovet hökümətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız olan Zəngəzurun da Ermənistana birləşdirilməsi prosesinin çox asanlıqla həyata keçirildiyini diqqətə çatdıran İlham Əliyev qeyd edirdi ki, burada başlıca məqsəd Azərbaycanı coğrafi nöqteyi-nəzərdən Naxçıvandan və Türkiyədən ayırmaqdan ibarət olmuşdur. Cümhuriyyət dövründə atılmış səhv bir addımdan məharətlə istifadə edən ermənilərin Sovet hökümətində yüksək vəzifələrdə təmsil olunan havadarlarının köməkliyi ilə Azərbaycana qarşı yeni iddialarla çıxış etdiklərini tutarlı dəlillərlə sübut edən Prezident İlham Əliyev bildirirdi ki, İrəvandan sonra Zəngəzurun Ermənistana verilməsi qəbuledilməz bir fakt idi.
Ermənilərin və Sovet hökümətinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin xronologiyasına tarixçi nöqteyi-nəzərindən ardıcıl olaraq diqqət yetirən İlham Əliyev 1948-1953-cü illərdə xalqımızın növbəti deportasiyaya məruz qalmasını Sovet hökümətinin Qərbi azərbaycanlılaravəbütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəticinayəti kimi qiymətləndirir.
Hadisələrin obyektiv şəkildə analiz edən İlham Əliyev göstərirdiki, 1948-1953-cü illər deportasiyası İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamış Azərbaycan xalqına qarşı böyük ədalətsizlik idi.
İlham Əliyev daha sonra nitqində 1980-ci illərin sonlarında Sovet höküməti tərəfindən xalqımıza qarşı növbəti cinayət prosesinə başlanıldığını ön plana çəkərək bildirirdi ki, 1987-ci ilin noyabrında Heydər Əliyev bütün vəzifələrindən uzaqlaşdırlandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet höküməti onlara dəstək oldu və həm Qarabağda, həm də ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət törədildi.
1980-ci illərin sonlarında ovaxtkı Ermənistanın 300-dən çox şəhər və kəndində yaşayan azərbaycanlıların 3 il ərzindəöz tarixi torpaqlarından zorla qovulduqlarını, birçoxunun öldürüldüyünü və işgəncələr verildiyini 1991-ci ilin avqustunda sonuncu Azərbaycan kəndi Nüvədinin də deportasiyaya məruz qaldığını diqqətə çatdıran İlham Əliyev qeyd edirdi ki:“bu azmış kimi Qarabağda daxalqımıza qarşı cinayətlər törədildi”.
Daha sonra diqqəti 44 Günlük Zəfər müharibəsinə yönəldən İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, azad olmuş ərazilərdə quruculuq işlərindən bəhs edərəkAzərebaycan ərazisində ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinəmesaj olaraq çatdırır və bildirir ki, bu vəhşilikləri ermənilər Qərbi Azərbaycanda da törətmişlər. Lakin dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Ermənilərin Qərbi Azərbaycanda törətdikləri dağıntılar haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini İcmanın nəzərinəçatdıran İlham Əliyev əminliklə bildirir ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə buna nail olacaqdır.
Azad edilmiş torpaqlarımızda gedən genişmiqyaslı quruculuq işlərini xalqımızın iradəsinin göstəricisi kimi təqdim edən İlham Əliyev Ağalı kəndinin timsalında xalqımızın tarixi yaddaşını gördüyünü diqqətə çatdırır və fikrini əsaslandıraraq qeyd edir ki:“oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar”. İlham Əliyev daha sonra 2022-ci ildə baş vermiş bir çox önəmli hadisələri, o cümlədən Azərbaycan-Ermənistan sərhədində məcburən həyata keçirilmiş hərbi əməliyyatları, bu əməliyyatların nəticələrini diqqətə çatdırır və bildirir ki: “biz bu gün artıq Bala Göyçənin sahilindəyik”.
İlham Əliyev nitqinə davam edərək əminliklə qeyd edirdi ki, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda istər iqtidarda, istərsə də müxalifətdə faktiki olaraq revanşist qüvələr baş qaldırır.
Qarabağın və Şərqi Zəngəzurun döyüş meydanında Azad edilməsini mühüm tarixi hadisə kimi qeyd edən İlham Əliyev bildirirdi ki, əldə edilmiş hərbi və siyasi uğurlarımız gələcək üçün zəmin yaradır. Bütün bunlar həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm də Azərbaycanı güclü dövlət kimi qəbul etməyənlər üçün bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heçnə dayandıra bilməz. “Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub”.
Daha sonra İlham Əliyev qeyd etdi ki, görəcəyimiz işlərlə paralel olaraq hesab edirəm ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Lakin bu konsepsiya həmişə olduğu kimi sülhsevər Konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik.
Nitqinin sonunda İlham Əliyev İcma qarşısında bir sıra öhdəliklər qoyaraq bildirdi ki, İcma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacayıq.
Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent
Müzakirə qapadılmışdır.