Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir ta-rixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin öl-kəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən bö-yük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur.
Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, o, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmişdir. Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi inkişafında yüksəliş, tərəqqi meylləri ilə fərqlənir. O, Azərbaycan tarixində yeganə şəxsiyyət-rəhbərdir ki, keçmiş SSRİ kimi super dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və dünyanın tanınmış döv-lət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik olan dünya şöhrətli li-der olduğunu əməli fəaliyyəti ilə göstərmişdir. Heydər Əlirza oğlu Əliyevin şəxsiyyəti, hə-yatı və fəaliyyəti görkəmli dövlət və siyasi xadim kimi müasir Azərbaycan tarixinin parlaq səhifəsini təşkil edir.
Heydər Əliyev 10 may 1923-cü ildə Azərbaycanın Naxçıvan şəhərində anadan ol-muşdur. Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, Azərbaycan Sənaye İnstitutunda oxumuş (1939-1941), Leninqradda Ali Təhlükəsizlik Məktəbini və 1957-ci ildə Azər-baycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxilı İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sove-tində, 1944-1969-cu illərdə Azərbaycan SSR-nin təhlükəsizlik orqanlarında çalışmış, 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi, 1982-1987-ci illərdə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1987-1990-cı illərdə İttifaq əhəmiyyətli fərdi pensiyaçı, fəal ictimai-siyasi xadim, 1990-1993-cü illərdə Naxçıvan MR Məclisinin sədri olmuşdur. 1993-cü ilin 15 iyunundan yenidən Azərbaycan Respublikasına rəhbərlik etmiş, iki dəfə (3 oktyabr 1993-cü ildə, 11 oktyabr 1998-ci ildə) Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Üçüncü dəfə, 2003-cü ilin 15 ok-tyabrında keçirilmiş prezident seçkilərində yenə də onun namizədliyi irəli sürülmüş və təsdiqlənmişdir. Lakin 1 oktyabr 2003-cü ildə İlham Əliyevin xeyrinə öz namizədliyini ge-ri götürmüşdür. Heydər Əliyevin həyat və siyasi fəaliyyət xronologiyasının mərhələlərinin hər biri böyük bir tarixdir.
Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan Respublikasının yaranmasının, onun dövlət quraculuğunun əsas qanunu Konstitusiyanın əsas memarı Heydər Əliyev olmuşdur. Məhz ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət bilava-sitə onun rəhbərliyi ilə qurulmuş və uğurla inkişaf etməkdədir. Bütün sahələrdə sosial-iqtisadi siyasət müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan dünya sistemində tanınmış və möhkəmlənmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin simasında böyük, əbə-diyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir.
Böyük sınaqlardan çıxmış Heydər Əliyev siyasi kursunun nüvəsini, cövhərini milli döv-lətçilik təlimi təşkil edir. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apar-dığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasın-da Azərbaycançılıq məfkurəsi dayanır. Heydər Əliyevin Sovet hakimiyyəti illərində həm milli şüurun, həm də milli kadrların formalaşdırılması istiqamətində apardığı ardıcıl çox-cəhətli işlər, həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti xalqımızın gələcək müstəqil-liyə hazırlanmasına xidmət etmişdir. Dövlət xadimi kimi Heydər Əliyevin adı ilə bağlı olan epoxada formalaşmış vətənpərvər nəsil, milli ziyalılar Azərbaycanda müstəqil döv-lətçilik uğrunda mübarizədə həlledici rol oynamışlar.
Azərbaycan müstəqillik qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin çoxcəhətli siyasi fəaliyyəti daha geniş miqyas almış, sistemli, ardıcıl və açıq xarakter da-şımışdır. 1990-cı ilin sərt qış günlərində Moskvadakı Azərbaycan Daimi Nümayəndəliyi-nə gələrək respublikada 20 Yanvar faciəsi törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən qətiyyətli bəyanatla çıxış etməsi Heydər Əliyevin yeni tarixi epoxa-nın başlanğıcında müstəqillik uğrundakı mübarizəsinin parolu kimi böyük əhəmiyyət kəsb edir.
Bundan sonra taleyin hökmü ilə doğulub boya-başa çatdığı Naxçıvanda yaşayıb-iş-ləməsi onun doğma xalqının dövlət müstəqilliyi uğrunda milli-azadlıq mübarizəsinə rəh-bərlik etməsinə meydan açmışdır. Qarabağ savaşının çətin, mürəkkəb dövründə o, Nax-çıvan Muxtar Respublikasının əhalisini öz ətrafında birləşdirərək Azərbaycanın bu qə-dim diyarının erməni işğalına məruz qalmasının qarşısını almışdır. Heç tərəddüd etmə-dən demək olar ki, bədnam Ermənistanın təcavüzündən xilas olunmuş Naxçıvan Muxtar Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycana mühüm ər-məğanı, böyük xidmətidir.
Naxçıvan parlamentində böyük öndərin sədrliyi ilə 1990-cı ildə əsas milli dövlətçilik at-ributu olan üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edil-məsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Onun təşəbbüsü sayə-sində Naxçıvanın muxtariyyat statusunu ifadə edən keçmiş formatdan “Sovet Sosialist” sözlərinin çıxarılması yalnız və yalnız müstəqilliyə xidmət edən ciddi siyasi hadisədir.
Naxçıvanda mövcud olan sovet ordusu hissələrini dinc yolla tərksilah etməsi, həmin ordu birləşmələrinin mülkiyyətini, silah-sursatını qansız-qurbansız Muxtar Respublikanın balansına keçirməsi, milli ordunun təməlini qoyması müstəqillik uğrunda mübarizədə Heydər Əliyevin məxsusi qəhrəmanlıqlarıdır. Nəhayət, Naxçıvanda çalışdığı illərdə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qəbul edilməsinə dair qəbul etdiyi tarixi qərarın hər il əvvəlkindən də aktual və əhəmiyyətli olduğu isbat olunur.
1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmiş, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndiril-məsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa gön-dərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsə-di ilə böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. ad-dımlar bu məqsədə xidmət edirdi. Ən əsası ulu öndər Heydər Əliyev hər bir ölkənin inki-şafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu si-yasəti ilə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevir-di.
Ötən əsrin 70-ci illərində gedən iqtisadi tərəqqinin, onlarca yeni zavod və fabriklərin ti-kintisinin bir əhəmiyyəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azər-baycanlıların tam əksəriyyət təşkil edə bilməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi problemini həll edirdi. Rəhbər bunu bilir və vəziyyəti tənzimləyirdi. Ulu öndər hesab edirdi ki, Azərbaycanın müstəqilliyi üçün müəyyən hərbi potensial va-cibdir. Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. addımlar bu məqsədə xidmət edirdi. Ona görə Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq azərbaycanlıların hərbi peşələrə kütləvi şəkildə getməsi, zabit kimi yetişməsi üçün də müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bunlardan biri idi. Ən əsası ulu öndər Heydər Əliyev hər bir ölkə-nin inkişafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirdi. Həmin məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəy-yən sayda müsabiqəsiz yerlər alırdı. Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiə səna-yesinin Azərbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar bir tərəfdən hərbi sənaye ocaqları olaraq müstəqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən, bu zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu. Həmin texnologiyalar Azərbaycan Respublikasının sənaye istehsalında elm tutumlu məhsulların həcmini qat-qat artırırdı. İndi həmin zavodların hamısı Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir. Bu zavodlar da Azərbaycanın hərbi kadr poten-sialının mənbələrindən biri idi. Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbay-canın aqrar-sənaye kompleksi də bir necə dəfə artdı və Vətənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Kənd rayonlarında yüzlərlə zavod və fabriklər tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. Maddi yüksəliş vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni bir səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.
Heydər Əliyevin Vətən qarşısında ən böyük xidmətləri həm də ədəbiyyat, mədəniy-yət və təhsillə, bu sahələrin xalqın milli ideallarını daha tam ifadə edə bilməsi məqsəd-ləri ilə bağlı idi. Məhz Heydər Əliyevin dövründə yaradıcılıq ittifaqlarında milli ruh hök-mran oldu. İstedad sahiblərinə, yazıçı-şair, bəstəkar və rəssamlara öndər özü şəxsən xüsusi qayğı göstərir, cəmiyyətdə onların nüfuzunun artmasına çalışırdı. Heydər Əli-yevin dövründə Azərbaycan təhsilində köklü dəyişikliklər baş verdi. Məktəb tikintisi gö-rünməmiş vüsət aldı. Yeni ali məktəblər təşkil olundu. Keçmiş SSRİ-nin müxtəlif ali mək-təblərinə göndərilən minlərlə istedadlı gənc ölkəyə qayıdıb onun kadr və intellektual po-tensialını qat-qat artırdı. Təhsili idarə edən kadrlar arasında milli ruhlu insanlar irəli çək-ildilər. Sadalanan uğurların hamısı Heydər Əliyevin yorulmaz təşkilatçılıq işinin nəticəsi idi.
1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev hüquqşünas kadrların hazırlan-ması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan sərən-cam imzalamış ümummilli lider, əslində, bununla təhsil sistemində özünü qabarıq gös-tərən neqativ tendensiyalara son qoymuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci mərhələsi yenicə qazanılmış, sadəcə, elan olunmuş dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşı-sında qalan ölkəmizin ictimai-siyasi, iqtisadihərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrilmişdir. Qondarma Talış-Muğan Respublikasının ləğv edilməsi, Vətəni-mizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması, Heydər Əliyevin müstəqilliyin gerçək mənada möhkəmləndirilməsi yolların-dakı danılmaz böyük xidmətidir.
1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan milli Kons-titusiyamız ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Əsaslı iqtisadi və siyasi isla-hatların həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirdi, həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün tri-bunalar qazandı. “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır” – söyləyən ümummilli lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı.
1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imza-lanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşdu. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Atılan bu addımlar dövlətin siyasətində insan amilinə nə qədər yüksək dəyər verildiyini nümayiş etdirir.
Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqa-mətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin çoxalması yeni bir intibah mərhələsinin əsasını qoymuşdur. Vətən-dən uzaq düşən, xaricə üz tutan istedadlı alimlərimiz tədricən geri qayıtmağa başladılar. Akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşdi və 1997-ci ilin 31 yanva-rında ulu öndərin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq ötən əsrdə Elmlər Akademiyasının inkişafının yeni mərhələsi başlandı.
Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə senzuranın ləğv olunması ölkədə müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar yaratdı. Ulu öndər söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mü-lahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qarşıya qoyurdu.
Ümumən 1993-2003-cü illər respublikada əhalinin sosial müdafiəsi ilə bağlı Heydər Əliyevin mühüm qərarlar verməsi və məqsədyönlü tədbirlər həyata keçirməsi, pensiya və müavinət təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atması ilə yaddaşlarda qalıb. 1990-cı ilin 20 Yanvar faciəsində şəhid olanların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi işlərinə başlanılması, bunlarla əlaqədar müvafiq qanunların qəbulu və hüquqi bazanın formalaşdırılması, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, eləcə də Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin rifah halının yaxşılaşdırılması, habelə Azərbaycanın Milli qəhrəmanlarının və onlardan həlak olanların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi barədə Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar yeni bir sosial müdafiə sisteminin yaradılmasının əsasını qoydu.
Müstəqilliyimizin qarantı olan ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin güclən-dirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil-liyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu qurculuğu sa-həsində mühüm addımlar atdı. Orduda vahid komandanlıq yarandı, qeyri-qanuni si-lahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh da-nışıqlarında mövqelərini daha da möhkəmləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilmişdir. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı.
Ermənistan— Azərbaycan münaqişəsini dayandırması, atəşkəs sazişinə nail olması, qısa müddətdə mütəşəkkil, nizamlı ordunun yaradılması görkəmli dövlət xadiminin müstəqillik uğrunda mübarizəsində mühüm tarixi hadisə sayılmağa layiqdir. Ölkədə müstəqilliyin daha da möhkəmləndirilməsinə hesablanmış geniş miqyaslı islahatların gerçəkləşdirilməsi, elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın sürətlə inkişaf etdirilməsi sayəsində milli düşüncənin dərinləşdirilməsi nəticə etibarilə müstəqillik təfəkkürünün yetkinləşməsinə, dönməz xarakter almasına özünün sanballı töhfəsini vermişdir.
Heydər Əliyevin tarazlaşdırılmış, balanslaşdırılmış xarici siyasət təlimi onun adı ilə bağlı olan böyük siyasətin ana maddələrindən biridir. Heydər Əliyev müstəqil Azər-baycan dövlətinin xarici siyasət strategiyasını müəyyən edərkən konkret tarixi dövr üçün müstəqil siyasət daxilində tarazlaşdırılmış siyasi yanaşmanı əsas kimi qəbul etməyi vacib saymışdır. Bu istiqamətdə formalaşdırılmış xarici siyasət dövlətimizin maraqlarına uyğun olan ölkələrin hamısı ilə əlaqə yaratmağa, münasibətləri daha da inkişaf etdir-məyə şərait yaradan müstəqil siyasi yanaşma kimi özünü doğrultmuşdur. Bu yanaşma siyasi mühitdə Azərbaycan dövlətinin böyük dövlətlərin şərtlərini deyil, öz ölkəsinin maraqlarını əsas götürməsini şərtləndirmişdir. İlk növbədə müstəqil Azərbaycan dövlə-tinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu avroat-lantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Tez bir vaxtda İqdır-Naxçıvan elektrik xətti işə düşdü. Sədərək – Türkiyə yolu tikilib istifadəyə verildi. ”Türksat” rabitə şirkəti muxtar respublikanın Bakı ilə telefon əlaqəsini işə saldı. 1992-ci ilin mayın 28-də Sədərək-Dilucu 228 metrlik “Ümid körpüsü” tikilib istifadəyə ve-rildi. Həmin ilin martında yeni hava limanının birinci növbəsi işə düşdü. 1992-ci il av-qustun 22-26-da İran İslam Respublikasının dövlət başçısının dəvəti ilə Heydər Əliyev Tehrana səfər etdi. Qonşu dövlət başçıları ilə danışıqlar aparıldı. Hər iki dövlət arasında müştərək bazarlar açıldı. Naxçıvana İrandan elektrik enerjisi verildi.
Meliorasiya və irriqasiya sahəsində islahatların aparılması, onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik həmin qanunlar və onların əsasında qəbul edilmiş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında işlərin istiqa-mətlərini, prinsiplərini, habelə belə obyektlərdə mülkiyyət formalarını müəyyənləşdirdi. Ulu öndərin idarəetmə işinin təkmilləşdirilməsi ilə bağlı göstəriş və tövsiyələrini rəhbər tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə orqanlarının strukturu və fəaliyyət is-tiqamətləri yeni şəraitə uyğunlaşdırıldı.
Milli neft strategiyasının əsasını qoymuş Heydər Əliyev müstəqil dövlətimizin taleyin-də neft faktorunun xüsusi rolunu və əhəmiyyətini lazımi səviyyədə dəyərləndirmişdir. Neft strategiyasının beynəlxalq layihələrin, iqtisadi proqramların həllinə doğru istiqamət-ləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına rəvac vermişdir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqları-nın istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azər-baycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqe-lərinin möhkəmlənməsinə güclü təkan verdi. “Bakı-Tbilisi-Ceyhan” neft ixrac boru kəməri Heydər Əliyevin iqtisadi siyasətinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də mahiyyət etibarilə Ceyhana uzanan nəhəng magistralı tamamlayır. Beləliklə, neft siyasəti Azər-baycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdəki siyasətinin əsas generatoru sta-tusunu qazanmışdır.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan mükəmməl dövlət-çilik təlimi müstəqil Azərbaycan dövlətinin inkişafının böyük siyasi təməllərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu böyük dövlətçilik və müstəqillik təlimini yaradıcı şəkildə davam etdirməsi, zəruri əlavələrlə və yeniliklərlə zənginləşdirməsi Azərbaycan Respublikasına beynəlxalq aləmdə, regionda, ölkə daxi-lində hər yerdə tərəqqi, inkişaf, rifah və xoşbəxtlik bəxş edir.
Ofelya Qafarova,
Sumqayıt şəhər M.Ə.Rəsulzadə adına kitabxana filialın müdir
Müzakirə qapadılmışdır.