Rauf Ağakişiyev “Qızıl Dərviş” mükafatı ilə təltif olunub

32

Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru, Əməkdar artist Rauf Ağakişiyev 10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.

sumqayitxeber.com xəbər verir ki, aktyor teatrın səhnəsində nümayiş olunan G.Xuqayevin “Varlı ev” tamaşasında (quruluşçu rejissor – Firidun Məhərrəmov) canlandırdığı Beçir obrazına görə bu yüksək qiymətləndirilməyə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər