Rektor tələbə qəbulu nəticələrini açıqladı – SDU-DA İLK DƏFƏ…

3808

Sumqayıt Dövlət Universiteti 2024-2025-ci Tədris ili üzrə tələbə qəbulu nəticələrini açıqlayıb.

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Rüfət Əzizov 2024-2025-ci tədris ili üçün tələbə qəbulu nəticələrinin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Bu ilki qəbulda ümumilikdə 1499 tələbə universitetin müxtəlif ixtisaslarına qəbul olub ki, bu da keçən ilki 1374 tələbə ilə müqayisədə 9% artım deməkdir.

Bu il ən yüksək nəticə 633,2 bal olub, keçən il isə bu göstərici 551,9 bal idi. Orta qəbul balı da yüksələrək 326-ya çatıb, keçən il isə 290 idi. Ən diqqət çəkən məqam isə 500-dən yuxarı bal toplayan tələbələrin sayının artmasıdır. Belə ki, 2024-2025-ci tədris ilində bu nəticəni göstərən tələbələrin sayı 20-yə çatıb ki, bu da keçən ilki 1 tələbə ilə müqayisədə 20 dəfə artım deməkdir. Eyni zamanda, 400-dən yuxarı bal toplayan tələbələrin sayı da 205-ə yüksəlib, keçən il isə bu rəqəm 45 idi.

Rektor bu uğurlu nəticələri qeyd edərək, universitetin bütün əməkdaşlarını təbrik edib və SDU-nun Sumqayıt şəhərinin bilik və təcrübə xəzinəsi olduğunu vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər