Rəngli plomblar uşaqlarınızda...-"AQS dental center”dən TÖVSİYƏ

2968

sumqayitxeber.com saytı ilə ”AQSdental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik. Bu dəfəki qonağımız “AQS dental center”in həkim stomatoloqu  Sara Abdullayevanın kompromer (rəngli) plomblar bağlı  yazısını təqdim edir.
Uşaqlar gələcəyimizdir. Sağlam uşaq sahibi olmaq isə hər bir valideynin arzusudur. Ağız boşluğunun sağlam olması uşaqda yarana biləcək bir çox xəstəliklərin qarşısını alır. Düzgün qulluq olunmuş ərpsiz, kariyessiz bir ağız boşluğu valideynin usağına olan diqqətinin göstəricisidir. Uşaqlar rənglərə xüsusi önəm verir.

Diqqət yetirsəniz övladınız oyuncaq dükanında və ya marketdə rəngsiz,boz və ya qara bir oyuncağı, geyimi ya da digər əşyanın üstünə getməz, onu seçməz!

Alimlər uşaqların bu xüsusiyyətini nəzərə alıb kompomer və ya rəngli işıqla bərkiyən plomblar hazırlayırlar.

Göy qurşağının bütün rənglərində ağ rəng daxil olmaqla səkkiz rəngdə plomblarımız var. Bu plomb orta və dərin kariyesdə sinirin çıxarılmağına göstəriş olmadıqda qoyulur. Heç bir qıcıqlandırıcı təsiri olmayan, görüntüsü fərqli, qırılmayan həm də yaxşı yapışma qabiliyyəti olan bu plomb yalnız süd dislərinə göstərişdir. Ağ rəngindən həm ön həm də, çeynəmə dişlərinə, digər rənglərdən isə yalnız çeynəmə dişlərinə qoyulması məsləhətdir. Uşaqlarınızın həyatı kimi dişlərini də rəngarəng edin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər