Sumqayıt şəhərində mağazadan oğurluq edən qadın tutulub.

Məlumata görə, Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində Ruslan Xarebova məxsus “Romantik” mağazasından geyim əşyasını oğurlamağa cəhd göstərilib. Lakin mağazanın mühafizəçiləri tərəfindən oğurluğun qarşısı alınıb.
Mağazanın mühafizəçiləri geyim əşyalarını oğurlamağa cəhd edən Sumqayıt şəhər sakini Günel Qafarovanı saxlayıblar və işin araşdırılması üçün qadın polis bölməsinə təhvil verilib.