Sumqayıt Dövlət Universitetinin keçmiş rektoru Rüfət Əzizov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yüksək etimada görə təşəkkür edib. Rüfət Əzizov sosial şəbəkələrdəki paylaşımında Prezidentə göstərdiyi etimada görə dərin minnətdarlığını bildirərək, bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağına söz verib.
Rüfət Əzizov paylaşımında 14 ay ərzində komandası ilə birgə çalışdığı SDU kollektivinə də yüksək nəticələrə görə təşəkkür edib. O, SDU-nun inkişafının davam edəcəyinə əmin olduğunu vurğulayıb və universitetin gələcək inkişaf planlarının uğurla həyata keçiriləcəyinə inandığını bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.
Rüfət Əzizov 2023-cü ilin sentyabr ayından etibarən SDU-nun rektoru vəzifəsini icra edirdi.
Müzakirə qapadılmışdır.