Sumqayıt Dövlət Universitetinin keçmiş rektoru Rüfət Əzizov yeni təyin olunmuş rektor Əminağa Sadıqovu təbrik edib.
Sumqayıt Dövlət Universitetinin (SDU) sabiq rektoru Rüfət Əzizov universitetin yeni təyin olunmuş rektoru Əminağa Sadıqovu təbrik edib. Rüfət Əzizov təbrikində Əminağa Sadıqovun texniki elmlər sahəsində əldə etdiyi nailiyyətləri və təhsil idarəçiliyi sahəsindəki zəngin təcrübəsini xüsusi vurğulayıb.
Keçmiş rektor qeyd edib ki, Əminağa Sadıqovun gənc alim və tələbələrə göstərdiyi davamlı dəstək təqdirəlayiqdir. O, yeni rektorun rəhbərliyi altında Sumqayıt Dövlət Universitetinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Müzakirə qapadılmışdır.