Rumıniyanın ölkəmizdəki səfiri Sumqayıtda olub

1021

Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səfirə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, Sumqayıtda həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıt  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.

Bildirilib ki,iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

Səfir Vasile Soare Sumqayıt şəhərinə səfərindən məmnunluğunu ifadə edib. Görüş zamanı diplomat Azərbaycanın, eləcə də Sumqayıtın sürətlə inkişaf etdiyini bildirib, gələcəkdə ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

İkitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər