Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl törədən Rəşad Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 10-na təyin edilib.Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rəşad Qəmbərov fevralın 1-də könüllü olaraq Sumqayıt şəhər Polis İdarəsinə gələrək təslim olub. Araşdırmalar zamanı onun Rusiya vətəndaşını qətlə yetirdiyi məlum olub.
Müzakirə qapadılmışdır.