Rusiyalı müğənni Stas Mixaylov: “Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik”

238

Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze Resort”da ənənəvi olaraq minlərlə qonağı və onlarla məşhur sənətçini bir araya gətirən “DREAM FEST 2026” illik beynəlxalq musiqi festivalı start götürüb.

Ənənəyə uyğun olaraq, ilk qala-konsert öncəsi festival iştirakçıları qırmızı xalçadan keçiblər. Burada onları media nümayəndələri və çoxsaylı pərəstişkarları qarşılayıblar. Sənətçilər təəssüratlarını bölüşüb, qarşıdakı çıxışları barədə danışıb, Azərbaycana olan sevgilərini ifadə edib və tamaşaçılara unudulmaz musiqi sürprizləri vəd ediblər.

Rusiyalı müğənni Stas Mixaylov Azərbaycana hər səfərini xüsusi istiliklə xatırladığını və ölkəmizi ikinci Vətəni hesab etdiyini söyləyib. “Bura gəlmək mənim üçün həmişə xoşdur. İmkanım olsaydı, Azərbaycana daha tez-tez gələrdim”, – deyə sənətçi bildirib.

O, festivala uşaqları ilə gəldiyini və onları Azərbaycanla tanış etmək niyyətində olduğunu qeyd edib. “Birigün nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik. Uşaqlar burada ilk dəfədirlər, ona görə də onlara bu yerləri göstərmək istəyirəm”, – deyə müğənni vurğulayıb.

Sənətçinin sözlərinə görə, ailə səfəri proqramına İçərişəhərə gəzinti və Azərbaycan mətbəxi ilə tanışlıq da daxildir. “Onlar Bakını görməli, onun koloritini hiss etməli və yerli mətbəxi dadmalıdırlar”, – deyə o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər